...

"Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktorunun döyülməsi faktı ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 24 Aprel 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun döyülməsi faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi açılıb. Bu barədə çərşənbə axşamı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin müstəntiqi Ramiz Şiriyev məlumat verib. Şiriyev bildirib ki, əldə olunmuş bütün materiallar istintaqa təhvil verilib.

Cəfərov isə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi açılıb. Cəfərov indiyədək ekspertizanın keçirilməməsindən və istintaq hərəkətlərinin yubadılmasından narahatlığını bildirib. Onun sözlərinə görə, qısa müddətdə ekspertiza keçirilməzsə, ambulator müalicə üçün xəstəxana rəhbərliyinə müraciət edəcək.

O, cinayət işinin 132-ci maddə ilə açılmasına da etiraz edir. Bildirib ki, o döyülməyib, həyatına su-qəsd olub.

Cəfərov aprelin 20-də gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Tibbi Klinik Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti