...

Azərbaycanda jurnalistlər üçün Avropa Konvensiyası ilə bağlı seminar keçiriləcək

Cəmiyyət Materials 7 May 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi çərçivəsində mayın 11-13-də "Avropa İnsan Hüquqları Konvensiyasının 6, 8, 10-cu maddələri və Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsi: Azərbaycan qanunvericiliyi və praktikası" mövzusunda seminar keçirəcək. Bu barədə bazar ertəsi GTZ-dən məlumat verilib. Seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 20 jurnalist iştirak edəcək. Müzakirə olunacaq məsələlər sırasına ədalətli məhkəmə araşdırması hüququ, şəxsi və ailə həyatı sirri, fikir ifadə etmək azadlığı, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə yanaşı, Azərbaycan Respublikasının məhkəmə sistemi və mülkiyyət hüququ da daxildir. Seminarın sonunda jurnalistlərin iştirakı ilə hipotetik iş üzrə məhkəmə prosesinin keçirilməsi də nəzərdə tutulub.

Seminar Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri cənab İntiqam Əliyev tərəfindən aparılacaq. Eyni zamanda tədbirdə həmməruzəçi qismində Ali Məhkəmənin hakimi Vəfaddin İbayev də çıxış edəcək

Xəbər lenti

Xəbər lenti