...

Yeni təşkilat vətəndaşların mənzil hüquqlarını müdafiə edəcək

Cəmiyyət Materials 7 May 2007 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /korr.TrendLife Fərid Sadıxov/Azərbaycanda vətəndaşların mənzil hüququnun pozulması halları tez-tez baş verir. Müxtəlif səbəblər üzündən daimi yaşayış yerlərindən, mənzillərindən məhrum olmuş insanlar bəzən dövlət orqanlarında, məhkəmələrdə süründürməçiliyə salınır, hüquqlarının bərpasına nail ola bilmirlər.

Bir qrup hüquqşünas və jurnalist mənzil hüquqları pozulan vətəndaşlara kömək məqsədilə yeni təşkilat yaradıb. Bu, Vətəndaşların Mənzil Hüquqlarının Müdafiəsi Liqası adlanın QHT-dir. Qurumun təsis konfransı keçirilib və həmsədrləri seçilib. Bu barədə TrendLife-a liqanın həmsədri, hüquqşünas Alim Hüseynli məlumat verib.

Onun sözlərinə görə, Vətəndaşların Mənzil Hüquqlarının Müdafiəsi Liqası yaxın günlərdə şikayət və təkliflərin qəbulu üçün "qaynar xətt" yaradacaq. A.Hüseynli bildirib ki, liqanın aylıq bülletenləri də buraxılacaq. Bülletenlərdə mənzil hüququna dair qanunvericilik, bu sahədə baş verən qanunsuzluqlar və onların həlli yolları barədə ictimaiyyətə mütamadi məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti