...

160 -böyük rəqəmdir, "brend"-dir və biz ondan imtina etmirik -Faina Ələkbərova

Cəmiyyət Materials 7 May 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /müx Trendlife Eldar Hüseynzadə/Keçən həftə 160 № -li şəhər məktəbi, indiki Klassik gimnaziya təqdimat-forumu keçirdi. Bu tədbirə məktəb çoxdan hazırlaşırdı. Gimnaziya özünün yüksək səviyyəli təhsilinə görə həmişə fərqlənib. 160 №-li məktəbin yetirmələrinin çoxu artıq tanınmışdır. Bunlardan KVN "Parni iz Baku" komandasının üzvlərinin adını çəkmək olar. Anar Məmmədxanov, Murad Dadaşov, Ənvər Mansurov, Timur Vanşteyn, Emil Abbasov, teleaparıcılar Vitali Vulf, rejissor Yuli Qusman və Oqtay Mirqasımov indiyə qədər böyük fəxrlə deyirlər ki: "Biz 160-ın məzunlarıyıq". 160-ın məzunları həmişə çalışırlar ki, lider olsunlar. Çox az olur ki, belə olmasın. İndi isə 160 artıq - gimnaziyadır. Qabaqda onları nə gözləyir, ümumiyyətlə, gimnaziya nədir? -sualına eksklüziv olaraq məktəbin direktoru Faina Ələkbərova cavab verir.

- Faina xanım, bu tədris ilində 160 çaylı məktəb klassik gimnaziya adlandı. Təhsil sistemində hansı dəyişikliklər oldu?

- Biz gimnaziya olmaq üçün neçə il çalışmışıq. Bunun sayəsində gimnaziya olduq. Gimnaziya təhsilin ən yüksək zirvəsidir. Belə ki, bizim özümüzün standart bazamız var ki, dərsləri yavaş-yavaş artırırıq. Əvvələr bu təcrübə əsasındaydı. Yuxarı sinifləri humanitar, texniki, təbii, iqtisadi sahələr üzrə yönəldirdik. Birinci sinifdən uşaqlara informatika, ritorika, milli mədəniyyət tarixi, etika kimi xüsusi intellektual siniflər açdıq. Hazırda məktəbimizdə iki xarici dil öyrədilir. Bəziləri fikirləşir ki, xarici dil birinci sinifdən öyrədilməlidir. Biz bununla razı deyilik. Birinci sinifdə uşaq ilk növbədə öz dilini mükəmməl öyrənməlidir. Biz də ikinci sinifdən bir xarici dil öyrədirik. 5-ci sinifdən isə artıq 2 xarici dil mənimsədilir.

Kim əvvəl ingilis dilini öyrənməyə başlayıbsa, sonradan ona alman dili öyrədilir, yaxud da əksinə. Rus bölümündə necədirsəÖ azərbaycan bölümündə də eynidir. Valideynlər bundan çox razıdırlar. Yeri gəlmişkən, bu yaxınlarada biz Almaniya səfirliyi ilə müqavilə başlayacağıq. İkinci sinifdən 11-ci sinifə qədər alman dilini öyrənən uşaqlara ikinci dərəcəli sertifikat veriləcək, bundan əlavə, onlar Almaniyanın istənilən yerində pulsuz təhsil almaq hüququ qazanacaqlar.

- 160 Bakıda birinci məktəb deyil ki, gimnaziya olur. Adətən məktəblər gimnaziya olanda öz nömrələrindən imtina edirlər. Lakin 160 elə də qaldı.

- Biz bu nömrə üstündə əsirik. 160 işarəli nömrə indi, necə deyərlər "brenddir", biz ondan heç vaxt imtina etmərik. Çalışırıq ki, məktəbdə bütün ənənələri qoruyub-saxlayaq. Bizim məqsədimiz məzunlara səviyyəli təhsil verməkdir. Şagird giimnaziyanı biitirdiyi zaman hər bir sahədə bilikli olsun. İndi çox tez-tez valideyn və ya uşaqlardan belə sözlər eşidirik. Bu fənn mənə lazım deyil, gələcəkdə də lazım olmayacaq. Qabaqcadan belə şeyləri demək çox çətindir. Heç kəs bilmir ki, gələcəkdə ona hansı fənn lazım olacaq. Ona görə də biz bütün fənnlərə diqqətlə yanaşırıq.

- Gimnaziyada dah hansı əlavə fənlər keçirilir?

- "Sağlam həyat tərzi" aldı fənn. Biz onu hələ bütün siniflərdə keçmirik.Bizim gimnaziyanın məqsədi burdakı abı-havanı düzgün formallaşdırmaqdır ki, məzunlar burdan intellektual, dünyagörüşlü, ən əsası şəxsiyyətli çıxsınlar. Məhz buna görə biz uşaqlara milli ənənələrlə yanaşı, dünya mədəniyyətini də öyrədirik. Çalışırıq ki, azərbaycanlı eliti hazırlayaq və təcrübələr onu göstərir ki, biz buna nail oluruq. 160-da həmişə liderlər formalaşır. Bizim məktəb parlamentimiz var, breyn-rinq üzrə ŞHK, demək olar ki, hər həftə məktəbin akt zalında hansısa tamaşalar hazırlayır. Həmçinin uşaq rəqs ansamblı, iki xor və vokal qruplarımız da fəaliyyət göstərir. Biz bununla uşaqlarda dərsə maraq yaradırıq.

- Bəs probleminiz də varmı?

- Əlbəttə, demək olmaz ki, yoxdur. Son iki il ərzində məktəbimizi təmir etdirmişik, 51 kompüter, onlar üçün mebel, 800 yeni parta almışıq. Damları, elektrik sistemlərini, kanalizasiyaları, istiliik sistemlərini təmir etdirmək lazımdır.

- Bəs savad baxımından? Gənc müəllimlərin savadı hansı səviyyədədir? İndiki müəllimləri əvvəlki müəllimlərlə müqayisə etmək olar?

- Bizə gələn bütün cavan müəllimlərlə çox ciddi məşqul oluruq. Qaldı ki, keçən müəllimlərə mən müqayisə etmək istəməzdim. Axı onları da kimlərsə yetişdirib, öyrədib.

- Bəs əgər uşaqları müqayisə etsək: indikilər və əvvəlkilər?

- Alma ilə armudu müqayisə etmək olmaz. Əvvələr uşaqlar daha çox mütaliə edərdi, indi isə onlara İnternet daha maraqlıdır. İndi inşanı internetdən yazırlar. Belədə yaradıcılığın effekti itir. İndi uşaqlar daha asan yol seçirlər. Çox maraqlıdır ki, indi uşaqlar ya çox oxuyurlar, ya da əksinə heç nə ilə maraqlanmırlar. Bunların çoxunun günahı valideynlərdədir. Onlar o qədər də ambisiyalı deyillər. Valideynlər elə düşünürlər ki, məktəb möcüzə yaradır, uşağı məktəbə verdim, vəssalam. Bəzi valideynlər heç uşaqlarına kömək etmək istəmirlər. Onlar uşaqlarını toya, restorana dah çox aparırlar. Teatra, muzeyə və yaxud kitabxanaya niyə apamasınlar? İndi valideynlərə uşaqları şəxsi məktəbə vermək daha çox sərf edir. Çünki onlar orda bütün günü qalır, valideynlər də dincəlirlər. Belə vəziyyətdə uşaq və valideyn arasında ünsiyyət itir. Bu gün valideyn bilmir ki, qızı və oğlu nəyə qadirdir. Yenə də deyirəm, bunu hamıya şamil etmək olmaz. Amma belələri də azdır.

-Bu yaxınlarda məktəbdə mobil telefonların istifadəsi ilə bağlı qadağa məsələsi müzakirə olunub...

- Mən iki əlli razıyam. Biz iki ildir ki, məktəbdə mobil telefonların istifadəsinə qadağa qoymuşuq. O, dərslə məşğul olmağa mane olur. Məsələn, beşinci sinif şagirdi olan qızlara 400 dollarlıq telefon nəyə lazımdır? Axı o, onu itirə bilər, sonra da valideyin gəlib bizdən telefonu tapmağımızı tələb edir. Biz onu tapırıq, amma buna vaxt, əsəb gedir. Ya da valideyn billə-bilə ki, uşaq dərsdədir, nəyə görə ona zəng vurmalıdır. Mən bunu başa düşə bilmirəm.

- Faina xanım, bəs klassik gimnaziyanın forum-təqdimatı nəyə görə aprel ayının sonuna qaldı?

- Biz istədiik ki, daha yaxşı hazırlaşaq və ən yaxşısını göstərək. Bizə təhsil naziri Misir Mərdənov, Bakı tədris şöbəsinin müdiri Nailə Rzaquliyeva, məktəd direktorları, valideynlər qonaq gəlmişdilər. Təqdimat günü biz 30 dərsin açılışını etdik. Sonda isə akt zalında böyük konsert proqramı oldu. Təhsil naziri bizim işimizdən çox razı qaldı. Bu gün bizim məktəb Bakıda ən yaxşı məktəblərdən sayılır. Bu, bizm zəhmətimizin məhsuludur.

Xəbər lenti

Xəbər lenti