Azərbaycan, Bakı, 11 may /müx. "TrendLife" F.Sadıxov
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin əsas yollarının ətrafında yaşıllıqların salınması ilə bağlı xüsusi proqram hazırlayıb. Bu barədə "TrendLife"a ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib. Onun sözlərinə görə, sözügedən proqram artıq Prezident Aparatına təqdim olunub. Layihənin bu il təsdiq olunacağı gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil yollarının uzunluğu 25013 km-dir. Bunun 6914 km-i respublika əhəmiyyətli, 18099 km-i isə yerli əhəmiyyətli yollardır.