...

Kürətrafı ərazilərdə daşqınlar ola bilər

Cəmiyyət Materials 14 May 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/müx. "TrendLife" F.Sadıxov

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, son günlər Kür çayında suyun səviyyəsinin atması müşahidə olunur. Kürün aşağı axınında hazırda səviyyələr Mingəçevir və Araz su anbarlarından buraxılan suyun hesabına tənzimlənir. Son 10 gün ərzində Kürdə sululuğun artması nəticəsində Şəmkir su anbarının səviyyəsi 5,39 metr, Mingəçevir su anbarının səviyyəsi 0,98 metr, Araz çayında sululuğun artması nəticəsində isə Araz su anbarında səviyyə 2,49 metr artıb. . Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, may ayının ikinci ongünlüyündə həm Azərbaycan, həm də Gürcüstan ərazisində gözlənilən yağıntılarla əlaqədar Kürdə səviyyə artımı davam edəcək. Bunun nəticəsində Ağstafa rayonunun bəzi Kürətrafı ərazilərində subasma halları istisna olunmur..Eyni zamanda, Kürün aşağı axınında (Sabirabad, Saatlı, Əli Bayramlı, Salyan və Neftçala) səviyyənin artımı və bəzi yerlərdə su sızması halları istisna olunmur..

Xəbər lenti

Xəbər lenti