...

Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan uşaqlar növbəti tədris ili üçün orta ixtisas məktəblərinə imtahan verəcək

Cəmiyyət Materials 16 May 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş. Əlizadə / Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan uşaqlar növbəti tədris ili üçün orta ixtisas məktəblərinə imtahan verəcək. Millət vəkili Məlahət Həsənova çərşənbə günü Trend ə bildirib ki, artıq bu barədə aidiyyatı qurumlarla razılıq əldə olunub və imtahanın yay aylarında keçirilməsi qərarına gəlinib. Hazırda orta ixtisas məktəblərinə imtahan verəcək uşaqların sayı dəqiq müəyyən olunmasa da, tədris ilinin sonunda onların sayı bəlli olacaq.

Ötən il ilk dəfə olaraq məhkum uşaqlar orta-ixtisas məktəblərinə sənəd verib və imtahanlarda iştirak ediblər. 11 məhkum uşaq imtahanlarda müvəffəqiyyət qazanaraq müxtəlif orta-ixtisas məktəblərində təhsilə başlayıb.

Tərbiyə Müəssisəsində 50-dək 14-17 yaşlı yetkinlik yaşına çatmayan oğlan tərbiyə olunur. Onlar arasında qəsdən adam öldürmə, narkotika cinayətləri və digər cinayətlərdə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti