...

Kürün səviyyəsinin qalxması ilə bağlı Salyan rayonunda fövqəladə vəziyyət yaranıb

Cəmiyyət Materials 17 May 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Araz çayında baş verən daşqınlar, intensiv yağışların yağması və qarın əriməsi Kür çayının Azərbaycan hissəsinin aşağı axarlarında suyun səviyyəsinin kəskin qalxmasına səbəb olub. Trend in bölgə müxbirinin məlumatına görə, Kürün Salyan rayon hissəsindən keçən ərazisində suyun səviyyəsi daha 32 santimetr artıb. Mütəxəssislərin proqnozlarına görə, suyun artma tempi bu cür davam etsə, Kürün səviyyəsi daha bir metr yüksələ bilər.

Artıq bu gündən Kür-Araz Çaylarında Bəndlərin Möhkəmləndirilməsi İdarəsi Salyanınn mərkəzində sahil bərkitmə işlərinə başlayıb. İdarənin iş icraçısı Çinqiz Quliyev cümə axşamı bildirib ki, sahil bərkitmə işləri üçün hələlik 10 KaMaZ markalı yük maşınından və 5 ekskavatordan istifadə olunur.

Dövlət Meliorasiya və Su Təchizatı Komitəsinin yerli qurumlarının texnika və canlı qüvvəsi də bu işlərə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin 21 nəfərlik heyəti isə 3 PSM tipli güclü nasoslarla qrunt sularını həyətlərdən Kürə axıtmağa başlayıb.

Kürün səviyyəsinin belə təhlükəli həddə çatması sonuncu dəfə 2003-cü ildə baş verib. Nəticədə təkçə Salyan rayonuna 15 milyon manat ziyan dəymişdi.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti