...

Orta məktəb attestatları pulsuz verilməlidir

Cəmiyyət Materials 22 May 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may/müx.TrendLife Fərid Sadıxov/Dərs ilinin başa çatması ilə əlaqədar ümumtəhsil müəssisələrində bir sıra neqativ hallar müşahidə edilməkdədir. Bura şagirdlərdən təmir pulu, fond pulu, attestat pulunın yığılması və s. daxildir.

"Gənc Liderlər" Uşaq Təşkilatı da Bakı şəhərindəki orta məktəblərdə apardığı monitoriq zamanı belə neqativ hallar aşkar edib. Bakı Baş Təhsil İdarəsi hazırda "Gənc Liderlər" Uşaq Təşkilatının məsələ ilə bağlı müraciətini araşdırır.

Təhsil Nazirliyi mətbuat xidmətindən TrendLife-a bildirilib ki, nazir Misir Mərdanov hələ ötən ilin mayında "Diplomların və digər təhsil sənədlərinin dövlət təhsil müəssisələrinə ödənişsiz əsaslarla verilməsi barədə" əmr imzalayıb. Həmin əmrə əsasən, bütün dövlət təhsil müəssisələrində diplom, diplomlara əlavə, ixtisasartırma vəsiqəsi, sürücülük şəhaqətnaməsi, attestat və digər müvafiq təhsil sənədi pulsuz verilməlidir.

Xəbər lenti

Xəbər lenti