...

Dünyanın ən istedadlı gənc pianoçusu Bakıya gəlir

Cəmiyyət Materials 24 May 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /müx. "TrendLife" Eldar Hüseynzadə/ Hələ 11 il bundan əvvəl "Vaşinqton-post" qəzeti bu balaca qız haqqında yazmışdı. Onda Qalina Jukovanın 9 yaşı var idi. "TrendLife"ın verdiyi məlumata görə, dünyanın ən istedadlı gənc pianoçusu Jukova Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edəcək. Konsertdə Raxmaninov, Skrabina, Şopen, Motsart, Ravelyanın əsərləri səsləndiriləcək. O, hələ məktəbli olarkən haqqında belə deyirdilər: "O, pianoda çox sevinc hissi ilə ifa edir. Onun əlləri klavişlərin üstündə oynayır". Royal arxasına Qalina 5 yaşı olanda oturub. Musiqi məktəbi ilə yanaşı, gimnaziyanı da qızıl medalla bitirib, konservatoriyaya daxil olub. Artıq 20 yaşında Qalina ABŞ, Polşa, Finlandiyanı qastrol səfərləri ilə fəth edib. İndi o, simfonik orkestr ilə birgə ifa edir. O, həmçinin bəstəkar Sergey Slominskinin 70 illik yubileyinə həsr olunmuş möhtəşəm festivalda da uğurla çıxış edib.

Xəbər lenti

Xəbər lenti