...

UEFA müfəttişi Asim Xudiyev növbəti təyinatı alıb

Cəmiyyət Materials 24 May 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ UEFA müfəttişi Asim Xudiyev növbəti beynəlxalq matça təyinat alıb.

Xudiyevin verdiyi məlumata görə, yaxın günlərdə o, Macarıstana yollanmalıdır. Burada meydan sahibləri gənclər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyun keçirəcəklər.

Görüş iyunun 6-da baş tutacaq və hər iki komanda üçün əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, görüşün favoritləri məhz macarlar olacaq.

Qeyd edək ki, Avropa Futbol İttifaqı Xudiyevə dəfələrlə Çempionlar liqasının oyunlarını iəftiş etməyi həvalə edib. Eyni ilə Xudiyev Avro-2008-in seçmə mərhələsinin oyunlarına və digər önməli görüşlərə təyinat alıb.

Xəbər lenti

Xəbər lenti