...

Polis idarələrində işgəncələrə məruz qalmış iki nəfər məhkəmə zalından azadlığa buraxılıb

Cəmiyyət Materials 5 İyun 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Polis idarələrində işgəncələrə məruz qalmış iki nəfər məhkəmə zalından azadlığa buraxılıb. Azərbaycan İşgəncələr Əleyhinə Komitəsinin sədri Elçin Behbudov çərşənbə axşamı Trend ə bildirib ki, Süleyman Süleymanov və Namiq Mirzəyevə polislər tərəfindən işgəncə verilərək onların törətmədikləri cinayətdə ittiham olunmaları barədə daxili işlər nazirinə, prokurorluğa müraciət olunub. Süleymanova DİN-in Mütəşəkkli Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələr verilərək insan alverində iştirakı boynuna qoyulub. İşgəncələr nəticəsində Süleymanovun səhhəti ağırlaşıb və o, Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyat olunub. Yaxın günlərdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Süleymanov azadlığa buraxılıb.

Məcburi köçkün, Sabirabaddakı 1 saylı çadır şəhərciyində məskunlaşmış Namiq Mirzəyev isə Saatlı Rayon Polis İdarəsində işgəncələrə məruz qalıb. Oğurluqda təqsirləndirilərək barəsindəki cinayət işi məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə o, azadlığa buraxılıb.

Behbudov bildirib ki, hər iki məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edərək işgəncə verən polis əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edəcək.

Xəbər lenti

Xəbər lenti