...

Rövşən Quliyev veteranlar qarşısında Avropa Çempionatında iştirak edəcək

Cəmiyyət Materials 16 İyun 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Bodybildinq üzrə azərbaycanlı idmançı Rövşən Quliyev yaxın günlərdə Tümendə keçiriləcək gənclər və veteranlar arasında Avropa çempionatında iştirak edəcək.

Səfər öncəsi idmançının özünün Trend ə verdiyi məlumata görə, 40 yaşdan yuxarı idmançılar arasında yarışacaq və yüksək nəticəyə ümid edir. "Mən ötən il Siciliyada dünya çempionatında yarımfinalçı oldum, ona görə də, Tümendə daha yüksək yer uğrunda, finalda yer tutmaq üçün mübarizə aparacağam" - deyə Quliyev qeyd edib. Bununla yanaşı o qeyd edib ki, ilk dəfədir ki, qitə çempionatı Avropa Federasiyasının təşəbbüsü ilə keçirilir, buna görə də iştirakçılar üçün ikiqat məsuliyyət var.

Xatırladaq ki, bir müddət öncə Bakıda keçirilən Avropa çempionatında Quliyev yarımfinala çıxaraq səkkizinci yerə sahib olub.

Xəbər lenti

Xəbər lenti