...

Nazir: "Azərbaycanını turist obyektlərində xidmət səviyyəsi qalxıb"(video)

Cəmiyyət Materials 21 İyun 2007 16:13 (UTC +04:00)
Nazir: "Azərbaycanını turist obyektlərində xidmət   səviyyəsi qalxıb"(video)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ Azərbaycanın Mədəninyyət və Turizm nazirliyi turist mövsümünün açılması ərəfəsində bütün turist obyektlərində kompleks yoxlama aparıb. "Qeyd etmək lazımdır ki, heç də hər yerdə xidmət səviyyəsi tələb olunan normalara cavab vermir , lakin müsbət tendensiya müşahidə olunur" - deyə cümə axşamı Azərbaycanın mədəninyyət və turizm naziri Əlbüfəz Qarayev bildirib.

Onun sözlərinə görə, turist obyektləri tərəfindən təklif olunan xidmətlərin səviyyəsi dəqiqliklə öyrənilib, xidmətlərin keyfiyyətini qaldırmaq üçün təklif və tövsiyələr edilib.

Nazirlik həmçinin lisenziyalaşdırma prosesini də davam etdirir.

Bu il əksər turist obyektləri öz xidmətlərini əhaliyə təqdim edəcəklər" - deyə nazir bildirib.

Yayaın əvvələrinə yaxın 45 obyekt lisenziya əldə edib.

Onun sözlərinə görə, bu il keçən illə müqayisədə 55-60 yerlik mehmanxana və istirahət mərkəzlərinin sayı 20% artıb.

Mehmanxana biznesi ilə məşğul olan nəhəng şirkətlər Azərbaycana maraq göstərirlər. Artıq "Hilton", "Mediklab" və digər türk turist şirkətləri ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti