...

Prezidentin İcra Aparatı İşlər İdarəsinin sabiq müdirinin kassasiya şikayətinə baxacaq hakim dəyişdiriləcək

Cəmiyyət Materials 25 İyun 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Prezidentin İcra Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin kassasiya şikayətinə baxacaq hakim dəyişdiriləcək. Ali Məhkəmədən bazar ertəsi Trend ə bildirilib ki, şikayət hakim Zeyqəm Hüseynovun icraatına verilsə də, o, prezidentin təqdimatı və Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimliyindən azad olunub. Bu səbəbdən də şikayət Ali Məhkəmənin hakimlərindən birinin icraatına veriləcək. Hələlik isə şikayətə baxacaq hakim müəyyənləşdirilməyib.

Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub və müvafiq təyinatlar aparılıb. Sabiq işlər müdiri bir neçə dəfə nüvə-maqnit rezanans anqioqrafiya aparatından keçirilib. Hazırda isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunur.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti