...

Prokuror dövlətə xəyanətdə ittiham olunan əsgərə 14 il iş istəyib

Cəmiyyət Materials 28 İyun 2007 13:14 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dövlətə xəyanətdə təqsirləndirilən əsgərin məhkəmə istintaqı yekunlaşıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə Eldəniz Nuriyevin işi üzrə cümə axşamı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə iş istəyib. Prokuror məhkəmədən Nuriyevə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib. Onun çıxışından sonra vəkil və təqsirləndirilən çıxış edib. Məhkəmə sabah Nuriyev barəsində çıxardığı hökmü elan edəcək.

Nuriyev döyüş növbəsini pozma, fərarilik və dövlətə xəyanətdə ittiham olunur. Ötən ilin iyulunda Ağsu rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan Nuriyev dekabrın 31-də Füzuli rayonunda xidmət etdiyi N saylı hərbi hissəni özbaşına tərk edib və düşmən tərəfə keçib. İttiham aktına görə, döyüş şəraitində olan hərbi hissəni tərk edən əsgər Azərbaycana qarşı düşmənçilik fəaliyyəti apararaq hərbi sahədə dövlət sirrinə aid olan məlumatları qarşı tərəfə ötürüb.

Xəbər lenti

Xəbər lenti