...

Özünü jurnalist kimi təqdim edən üç məhkum Mətbuat Şurasına müraciət edib

Cəmiyyət Materials 6 İyul 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Azərbaycan prezidentinə ünvanlanacaq siyahı Mətbuat Şurası İdarə Heyətinin toplantısında müəyyənləşəcək. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.

O bildirib ki, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən üç məhkum - Məhəmmədəli Qəribov, Nizami Hacıyev və Bayram Əliyevin adından Mətbuat Şurasına müraciət daxil olub. Həmin şəxslər jurnalist olduqlarını, peşə fəaliyyətlərinə görə həbsə alındıqlarını yazıblar və Mətbuat Şurasından jurnalistlərin əfvi ilə bağlı hazırlanacaq siyahıya adlarının salınmasını xahiş edirlər. Əgər adları əfv üçün göndəriləcək siyahıya salınmasa. müddətsiz aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Amaşov qeyd edib ki, Mətbuat Şurası həqiqətən də həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Azərbaycan prezidentinə müraciət etməyə hazırlaşır. Dövlət başçısından əfv edilməsi xahiş olunan jurnalistlərin siyahısı isə İdarə Heyətinin toplantısında hazırlanacaq. 11 saylı cəzaçəkmə müəssisəsində olan üç məhkumdan isə yalnız birinin - Məhəmmədəli Qəribovun valideynləri Şuraya əvvəllər müraciət edib. Həmin müraciət əsasında Şura əlaqədar orqanlara öz adından müraciət edib. Digər iki nəfər barədə isə Şurada məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti