...

Gürcüstanın azərbaycanlı əhalisinin yaşadığı Kvemo Kartli regionunun televiziya şirkətlərinin agentləri üçün seminar keçirilir

Cəmiyyət Materials 7 İyul 2007 13:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia / "İnternyus" Fondu azərbaycanlı əhalinin yaşadığı Kvemo- Kartli rayonunun yerli telekanallarının - "12-ci kanal" (Bolnisi) və "Marneuli- TV"-nin (Marneuli)

nəzdində formalaşmış reklam xidmətləri üçün seminar keçirir.

"İnternyus"dan verilən məlumata görə, layihə ATƏT-in milli azlıqlarla iş üzrə Ali Komissarlığının ofisi tərəfindən maliyyələşdirilir.

Seminar İnternyus" Fondunun "Kvemo Karli"də informasiya boşluğunun aradan qaldırılıması" layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində "12-ci kanal" və "Marneuli-TV" şirkətlərinin studiyaları təchiz olunub. "İnternyus"un dəstəyilə bu tele şirkətlər öz informasiya proqramlarını yayımlamağa başlayıblar.

Layihənin məqsədi Kvemo-Kartli regionunun əhalisi arasında mövcud olan informasiya, dil və mədəni baryerləri, informasitya boşluğunu aradan qaldırmaq və regionun əhalisinin məlumatlanma səviyyəsini qaldırmaqdır.

"İnternyus"dan verilən məlumata görə, müsabiqə vasitəsilə seçilmiş 12 reklam agentinin iştirak etdiyi seminara "TV-2" (RF) teleşirkətinin reklam departamentinin rəhbəri Tamara Şevelova rəhhərlik edir.

Xəbər lenti

Xəbər lenti