...

Cavan Zeynallı: "Mən həmişə caz ifa etmişəm, edəcəyəm də"

Cəmiyyət Materials 9 İyul 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /müx.TrendLife Diana/Bu yaxınlarda "Caz festivalı-2007" tamaşaçıların yaddaşında nəinki xarici musiqiçilərin gəlişi kimi, hətta qalmaqal kimi qalıb. Buna misal olaraq festivalın sonunda caz mərkəzinin mətbuat katibi Rövşən Sənanoğlu qəzetlərin birində cazmen Cavan Zeynallı haqqında xoşagəlməz sözlər deyib. Müğənni də öz növbəsində TrendLife-dan ona cavab göndərdi.

- Mən ümumiyyətlə, Rövşəndən danışmaq istəməzdim. Xaraktercə mən münaqişələr yaradan insan deyiləm, lakin məni təhqir edən olanda sakit dayana bilmirəm. Gəlin ondan başlayaq ki, mənə qarşı olan bu aqrresiya nə ilə əlaqədardır? Mən biləndə ki, Rövşənin musiqi aləmindən başı çıxmır, daha çox təəcübləndim. Mənim dostlarımın verdiyi məlumata görə, o, texniki sahə mütəxəssisidir. Mən başa düşə bilmirəm ki, onun caza nə dəxli var?

- O, sizi təhqir edib, nə deyib?

- O, öz müsahibəsində deyib ki, mən musiqi aləminqdən uzaq insanam. Bu da azmış kimi deyib ki, mən cazmen sayılmıram. Düşünürəm ki, bu insan mənim adımı çəkməklə özünü reklam etmək isətyib. Mən iyirmi il bundan əvvəl "Qaya" ansamblında çıxış edib, ölkələri gəzəndə o, harda idi? Mən həmişə caz ifa etmişəm, edəcəm də. Rövşən Sənanoğlunun heç bir mənəvi haqqı çatmır ki, məni təhqir etsin. Ona görə ki, o, sadəcə cazsevərlərdən biridir. O, cazı sevə bilər, bu onun haqqıdır, lakin cazmeni təhqir etmək, məncə, mədəniyyətsizlikdir. Bizim cəmiyyətdə elə insanlar var ki, ifaçılara ləkə yaxır.

- O, deyir ki, siz hər il caz festivalında eyni proqram ilə çıxış edirsiniz. Bu düzdür?

- Əlbəttə, yox. Mənim yeni proqramım var. Təkrar kompozisiyaları isə pərəstişkarlarımın arzusu ilə ifa edirəm. Bundan başqa, o, "mən hələ oynamaq da öyrənirəm" deyib. O, bu sözləri "Ulduzlarla rəqs" layihəsinə görə mənə atırdı. Mən fəxr edirəm ki, oynamağı bacarıram. Rəqslər də ritmdir, demək olar ki, caz sayılır. Mənim yaşımda həyatsevər qalmaq pisdir ki?

- Siz cem-seyşnaxda da çıxış etmədiniz?

- Bilirsiz, mənim yaxın dostum Vaqif Mustafazadə də cem-seşn sevmirdi. Adətən, yaxın dostlar bir-birinə xaraktercə bənzəyirlər. Onu da vaxtında çox tənqid edirdilər. Bu gün isə onun şərəfinə festivallar keçirirlər. Mən çox sevinirəm ki, "Baku Jazz-2007"də çıxış etmədim. Onun sözləri digər həmkarlarımın da xoşuna gəlməyib.

Həsən Abbasquliyev "Arena" caz-orkestrnin rəhbəri:

- Mən Cavan Zeynallını professional müğənni, Azərbaycanın əməkdar xadimi kimi tanıyıram. O, musiqi savadı olan insandır. Mən düşünürəm ki, onu cazmen saymamaq ağılsızlıqdır. Bilmək istərdim, Rövşən Sənanoğlunun cazdan başı çıxır? Tamaşaçılar Cavan Zeynallının çıxışından böyük zövq alırlar. Onu nəinki yaşlı nəslin nümayəndləri, hətta gənclər belə sevirlər. Bu il caz-festivalda bizim bir çox tanınmış musiqiçilərimiz iştirak etmədilər. O kəs utanmalıdır ki, Cavanı təhqir edir. Bu, həm yaşa, həm də sənətkarlığa yaraşmaz. Biz fəxr etməliyik ki, Cavan Zeynallı kimi cazmenimiz var.

- Cazmen kontrabasist Rauf Sultanov:

- Bu fikrlər Cavan Zeynallıya, onun yaradıcılığına hörmətsizlikdir. Bu haqda heç bir söhbət gedə bilməz. O, Cavan Zeynallı haqda necə belə söz deyə bilər? Cavan professional musiqiçidir. Böyük yaradıcılıq yolu keçib. O, bu gün cazı inkişaf etdirən insanlardandır.

Xəbər lenti

Xəbər lenti