Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Mənim Vasili İvançuka məğlub olduğum partiya hansısa mənada turnirin qalibinin müəyyən olunmasında mühüm rol oynadı". Bu barədə Trend ə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Odessada üçüncü yerə sahib olduğu sürətli şahmat üzrə "Pivdenny Bank Chess Cup" turirində öz oyununu qiymətləndirərkən bəyan edib.
İdmançı qeyd edib ki, oyunda hansısa bir anda onun böyük üstünlüyü olub. "Mən bir-iki dəfə yanıldım və çətin vəziyyətə düşdüm. Amma, əlbəttə, mübarizə sona qədər davam etdi. Zənnimcə, vəziyyət nəzarətdən çıxanda daha da möhkəm olmaq lazımdır. Amma bunun üzərində işləmək lazımdır. Artıq birinci dəfə deyil ki, mən bu cür səhvlər edirəm. Bunun üzərində işləyəcəm", - deyə bu mövsümdə Veyk An Zee superturnirində qalib olan T. Rəcəbov qeyd edib.