...

Azərbaycanlı teoloq: Ayatullah Əli Meşkinin vəfatı müsəlman aləmi üçün böyük itkidir

Cəmiyyət Materials 31 İyul 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / İranın görkəmli dini liderlərindən, milliyyətcə azərbaycanlı Ayatullah Əli Meşkini 86 yaşında vəfat edib. Azərbaycanın İçərişəhər "Cümə" məscidinin imam camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) koordinatoru İlqar İbrahimoğlu bildirib ki, Ayatullah Əli Meşkini dövrümüzün birinci onluğuna daxil olan dini liderlərdən biri idi.

Onun sözlərinə görə, məhşur Nəcəfi-əşrəf və Qum Elmi akademiyalarının yetirməsi olan Əli Meşkini fundamental islam akademiyalarında dövrünün tanınmış din xadimlərindən təhsil alıb.

"Ayatullah Əli Meşkini milliyətcə azərbaycanlıdır. Azərbaycanlı oxucular üçün o, həm də bir necə kitabı ilə yadda qalıb. Müqəddəs Quran kitabını və onun qısa təsvirini Azərbaycan dilinə tərcümə edib. Bundan başqa onun "Nəsihətlər" adlı əxlaqi əsəri Azərbaycan dilində çap olunub ki, bunların hamısı kifayət qədər ciddi elmi-akademik mənbələr hesab olunurlar", -deyə İbrahimoğlu əlavə edib.

Onun sözlərinə görə, mərhum din xadimi eyni zamanda böyük əxlaq ustadı, arif və mənəviyyat adamı idi: "Onun bütün çıxışları, yazıları və kitabları mənəvi-əxlaqi məsələlərlə bağlıdır. Əli Meşkini çox böyük nüfuza malik bir şəxsiyyət idi və onun vəfatı müsəlman aləmi üçün böyük bir itkidir. Dünyanın harasında olmasından asılı olmayaraq insanların məhəbbətini qazanmış gerçək İslam alimlərindən biri idi".

Xəbər lenti

Xəbər lenti