...

Elvin İsayev dünya çempionatının yarımfinal mərhələsinə çıxan beşinci Azərbaycan boksçusu oldu

Cəmiyyət Materials 6 Sentyabr 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Elvin İsayev ( 52 kq) bu günlərdə H.Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında keçirilən günya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanan beşinci Azərbaycan boksçusu olub.

Dörddə bir final mərhələsi çərçivəsində keçirilən döyüş zamanı rinq sahibi Türkiyə təmsilçisi Səlcuq Ekerə heç bir şans verməyib və ümumi hesabda 21:9 hesabı ilə qalib gəlib. Belə ki, İlkin ən azı bürünc mükafatı özü üçün təmin edib. Lakin boksçu daha yüksək medallara iddia edə bilər.

Azərbaycan boksçularından Qismət Eynullayev ( 60 kq), Anar Cəfərov ( 63 kq), Rəşad Abdullayev ( 86 kq), İlkin Ağayev ( 52 kq) və Elvin Məmişzadə ( 48 kq) vaxtından əvvəl yarımfinal mərhələsinə vəsiqə əldə edib. Belə ki, onların qızıl medallar uğrunda mübarizə aparmaq və finala vəsiqə almaq üçün yüksək şansları var.

Xəbər lenti

Xəbər lenti