...

Azərbaycan futbolçuları "Prezident kuboku" uğrunda mübarizə aparacaq

İdman Materials 7 Fevral 2012 17:56 (UTC +04:00)
Azərbaycan futbolçuları "Prezident kuboku" uğrunda mübarizə aparacaq.
Azərbaycan futbolçuları "Prezident kuboku" uğrunda mübarizə aparacaq

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Aprelin 27-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında keçiriləcək V Beynəlxalq "Prezident kuboku"nun təqvimi müəyyənləşib.

Trend-in çərşənbə axşamı AFFA-nın saytına istinadən yaydığı məlumata görə, Azərbaycan yığmasınında içtirak edəcəyi turnirdə səkkiz komanda 2 qrupda mübarizə aparacaq:

A qrupu: Qazaxıstan, Macarıstan, Türkmənistan, Ermənistan

B qrupu: Çin, Azərbaycan, İran, Gürcüstan

Azərbaycan yığması ilk oyununu aprelin 28-də Gürcüstan futbolçularına qarşı keçirəcək. Millimiz aprelin 29-da Çin, mayın 1-də isə İran komandaları ilə qarşılaşacaq.

2011-ci ildə keçirilmiş "Prezident kuboku"nun qalibi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.

Xəbər lenti

Xəbər lenti