...

Azərbaycan güləşçiləri Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

İdman Materials 6 Mart 2012 15:30 (UTC +04:00)
Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı başlayır.
Azərbaycan güləşçiləri Belqradda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı başlayır.

Trend-in çərşənbə axşamı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən yaydığı məlumata görə, çempionatın proqramına əsasən, ilk gün 66 və 96 kq çəkidə sərbəst güləşçilər, 48 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparacaq.

Yığma komandamızın üzvləri Emin Əzizov (66 kq), Novruz Temrezov (96 kq) və Marziget Baqomedova (48 kq) ilk gün mübarizə aparan güləşçilərimizdir.

Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 17:00-da, final və 3-cü yer uğrunda görüşlər saat 22:00-da başlayacaq. Final görüşləri İdman-Azərbaycan və TRT-3 kanalından canlı yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti