...

Azərbaycanın futbol millisinin təlim-məşq toplanışı təxirə salındı

İdman Materials 30 Mart 2012 17:42 (UTC +04:00)
Azərbaycanın futbol üzrə milli komandasının təlim-məşq toplanışı təxirə salınıb.
Azərbaycanın futbol millisinin təlim-məşq toplanışı təxirə salındı

Azərbaycan, Bakı, 30 mart /Trend/

Azərbaycanın futbol üzrə milli komandasının təlim-məşq toplanışı təxirə salınıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, aprelin 2-dən 5-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin Unibank Premyer Liqasında vacib oyunların olması və klubların müraciətləri nəzərə alınaraq, baş məşqçi Berti Foqtsun qərarı ilə millinin təlim-məşq toplanışı təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti