...

Milli Olimpiya Komitələri Assosiasiyasının yeni prezidenti seçilib

İdman Materials 13 Aprel 2012 12:10 (UTC +04:00)
Şeyx Əhməd əl-Fahad əl-Sabah 2012-ci ildən 2014-cü ilədək olan dövrdə Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti seçilib.
Milli Olimpiya Komitələri Assosiasiyasının yeni prezidenti seçilib

Azərbaycan, Bakı, 13 aprel / Trend/

Şeyx Əhməd əl-Fahad əl-Sabah 2012-ci ildən 2014-cü ilədək olan dövrdə Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti seçilib. Trend-in məlumatına görə, seçkilər Moskvanın Beynəlxalq Ticarət Mərkəzində keçirilən MOKA-nın Baş Assambleyasında baş tutub.

Şeyx Əhməd əl-Fahad əl-Sabah 2012-ci il martın 12-də Mçario Vaskes Ranyanın istefasından sonra MOKA-nın prezidenti vəzifəsinin müvəqqəti icraçısı idi.
Səsvermə açıq keçirilib: Şeyx əl-Sabahın lehinə 174, əleyhinə 1 MOK səs verib, ikisi bitərəf qalıb.

Rusiya paytaxtına 203 MOK-un nümayəndələri gəlib. MOK prezidentlərindən başqa assambleyada bir çox ölkələrin idman nazirləri də iştirak edib. Forumun əsas hadisəsi 2020-ci ildə Olimpiya Oyunlarının keçirilməsi üzrə namizəd şəhərlərin təqdimatı olacaq.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün beş şəhər iddialıdır: Bakı, Doha (Qətər), Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokio (Yaponiya).

Xəbər lenti

Xəbər lenti