...

Avropa ölkələrində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək

İdman Materials 7 May 2012 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

Avropa ölkələrində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək.

Trend-in məlumatına görə, "Odlar Yurdu" diaspor qurumunun təşkil etdiyi turnirin Avropanın 4 ölkəsində - Rumıniya, Çexiya, Avstriya və Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur.

Yarışda sözügedən hər bir ölkədə yaşayan soydaşlarımız və əcnəbilərdən ibarət 8 komanda iştirak edəcək. Turnirə mayın 9-da Buxarestdə start veriləcək. Turnirin qalibləri Heydər Əliyev kuboku ilə mükafatlandırılacaqlar.

"Odlar Yurdu" diaspor təşkilatının rəhbəri İlham Nağıyevin bildirdiyinə görə, yarışlarda həmvətənlərimizlə yanaşı, həmin şəhərlərdə fəaliyyət göstərən diplomatik qurumların nümayəndələri, idman cəmiyyətləri qonaq qismində iştirak edəcəklər.

Qonaqlara Azərbaycan haqqında məlumat kitabçalarının, ölkəmizi simvolizə edən xatirə hədiyyələrinin paylanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti