Azərbaycan, Bakı, 15 may /Trend, müxbir M.Əliyev/
Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, komitənin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib.
Unibank Premyer Liqasının XXXII turunun "Xəzər Lənkəran" - "Qarabağ" matçının 67-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 3 №-li futbolçusu Elvin Beqiri kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).
Unibank Premyer Liqasının XXXII turunun "Neftçi" - "Qəbələ" matçının 18-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub (maddə 52).
Unibank Premyer Liqasının XXXII turunun AZAL - "Turan" matçının 18-ci dəqiqəsində "Turan" klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev, matçın 75-ci dəqiqəsində isə AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov hakimin qərarına emosional şəkildə etiraz etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 1 oyunluq cəzalanıb, hər iki klub 1000 manat cərimə olunub (maddə 63).
Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 23 №-li futbolçusu Tales Şutz idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).