...

Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada mübarizəni dayandırdı (ƏLAVƏ OLUNUB)

İdman Materials 30 İyul 2012 16:30 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində 1/16 finalda Cənubi Afrika Respublikasının təmsilçisi Gdean van Zyl ilə mübarizə aparıb.
Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada mübarizəni dayandırdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın cüdo komandası bazar ertəsi Londonda XXX Yay Olimpiya Oyunlarında iştirakını davam etdirir.

Trend-in məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində 1/16 finalda Cənubi Afrika Respublikasının təmsilçisi Gdean van Zyl ilə mübarizə aparıb.

Orucov vazari fəndi ilə geri düşsə də, son saniyələrdə ippon fəndi ilə qalib gələrək olimpiadada 1\8 final mərhələsinə yüksəlib.

Orucov 1\8 final mərhələsində rusiyalı cüdoçu Mansur İsayevlə qarşılaşıb. İdmançımız İsayevə ippon fəndi ilə uduzaraq olimpiadada mübarizəni dayandırıb.

Xəbər lenti

Xəbər lenti