...

Gürcüstanın futbol yığması texniki sponsorsuz qalıb

İdman Materials 2 Avqust 2012 15:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 2 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava yerli "Ümumdünya idmanı" qəzetinə müsahibəsində bəyan edib ki, qarşıdakı dünya çempionatının təsnifat mərhələsində yığmanın texniki sponsoru olmayacaq.

Trend-in məlumatına görə, federasiya və Almaniyanın "Yako" firması arasındakı müqavilə iyulun 31-də başa çatıb və Almaniya tərəfi müqaviləni uzatmaqdan imtina edib.

"Lakin yığma bu mərhələdə də "Yako"nun formalarında meydan çıxacaq", - Siçinava qeyd edib.

Federasiya prezidenti onu da bildirib ki, Tbilisidə Belarus və İspaniya millilərinə qarşı keçiriləcək oyunların biletlərinin qiyməti 5, 10, 15, 20 və 30 lari (1 dollar=1,65 lari) olacaq.

Gürcüstan yığmasının baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.

Xəbər lenti

Xəbər lenti