...

Azərbaycan paralimpiyaçıları Londona yola düşüblər (FOTO)

İdman Materials 23 Avqust 2012 17:05 (UTC +04:00)
XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar bu gün Londona yola düşüblər.
Azərbaycan paralimpiyaçıları Londona yola düşüblər (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.Mehdiyev/

XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar bu gün Londona yola düşüblər.

Trend-in məlumatına görə, idmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanından gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov yola salıblar.

İsmayılov yolasalma mərasimində idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni medallar qazandırmasını dilədiyini bildirib.

Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov deyib ki, paralimpiyaçılarımız yarışa çox ciddi hazırlaşıblar.

"İdmançılarımız yüksək səviyyədə hazırlıq keçiblər. Onların ölkəmizə azı 5 qızıl medal gətirəcəyinə ümid edirəm", - Süleymanov bildirib.

Qeyd edək ki, avqustun 29-da Londonda XIV Yay Paralimpiya Oyunlarına start verilir. Bu yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 nəfər təmsil edəcək. Onlardan 5-i qadındır. 2 idmançı ağırlıqqaldırma, 8 nəfər atletika, 1 nəfər üzgüçülük, 7 nəfər cüdo, 1 nəfər kaman və 2 nəfər atıcılıq yarışlarında mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti