...

Dünya çempionatında birinci yeri tutan yunan-Roma güləşçilərimiz Vətənə qayıtdılar (FOTO)

İdman Materials 6 Sentyabr 2012 16:28 (UTC +04:00)
Taylandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb.
Dünya çempionatında birinci yeri tutan yunan-Roma güləşçilərimiz Vətənə qayıtdılar (FOTO)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Taylandın Pattaya şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma yarışları Azərbaycan pəhləvanlarının möhtəşəm uğuru ilə yadda qalıb.

Azərbaycan Güləş Federasiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, böyük məşqçi İlqar Abdulov və məşqçi Fuad Əliyevin yetirmələrindən Murad Bazarov (50 kq), Eldəniz Əzizli (55 kq) və Ceyhun Əliyev (66 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 120 kq çəkili güləşçimiz Zaur Mehrəliyev isə bürünc medala layiq görülüb.

Bu 4 medal, habelə 9-cu yeri tutan Şamil Ertuqanovun (74 kq) millimizə qazandırdığı 2 xal yığmamızın 40 xalla komanda hesabında 1-ci yeri tutmasını təmin edib. 2-3-cü yerləri isə 38 xalla müvafiq olaraq Rusiya və Türkiyə komandaları bölüşüblər.

Son bir ay ərzində Azərbaycan güləşçilərinin beynəlxalq yarışlarda qazandıqları möhtəşəm qələbələr Azərbaycan güləş məktəbinin böyük uğuru olmaqla bərabər, Azərbaycan Güləş Federasiyasının davamlı və məqsədyönlü fəaliyyətinin, ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Bir daha xatırladırıq ki, Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında güləşçilərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq Azərbaycan Olimpiya Hərəkatında yeni bir tarix yazdılar. Bu uğurun davamı olaraq bir neçə gün öncə Bakıda keçirilən yeniyetmələrin dünya çempionatında güləşçilərimiz ümumilikdə 19 medal qazandılar ki, bunlardan 9-u qızıl, 5-i gümüş və 5-i bürünc medal idi. Bu çempionatda yunan-Roma yığmamız komanda hesabında bütün komandaları geridə qoyaraq 1-ci yeri tutmuşdu.

Əldə edilən bu yüksək nailiyyətlər ölkəmizdə istedadlı gənc güləşçilər nəslinin yetişdiyini və güləşimizin sabahının etibarlı əllərdə olduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti