...

Almaniyadan gətirilən futbolçu millimizin hazırlıq prosesində iştirak etməyəcək

İdman Materials 9 Oktyabr 2012 16:20 (UTC +04:00)
Baxış üçün Azərbaycan milli komandasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət olunmuş Almaniyanın "Preussen Munster" klubunun üzvü Dmitri Nazarov zədəli olduğuna görə oktyabrın 10-dan etibarən millinin hazırlıq prosesində iştirak etməyəcək.
Almaniyadan gətirilən futbolçu millimizin hazırlıq prosesində iştirak etməyəcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Baxış üçün Azərbaycan milli komandasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət olunmuş Almaniyanın "Preussen Munster" klubunun üzvü Dmitri Nazarov zədəli olduğuna görə oktyabrın 10-dan etibarən millinin hazırlıq prosesində iştirak etməyəcək. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Qeyd edək ki, Nazarov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsinə baxış üçün dəvət olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti