Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir M.Əliyev/
Yerevanda keçirilən boks üzrə gənclər arasında dünya birinciliyi davam edir.
Trend-in məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Pərviz Bağırov yarımfinalda Qvatemala nümayəndəsi Lester Normandi Martines Tutla üz-üzə gəlib. Bağırov bu görüşdə məğlub olaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, ümumilikdə 23 ölkənin nümayəndələri yarımfinala vəsiqə qazana biliblər.