...

“Çelsi” Bentekeni heyətinə qatmaq niyyətindədir

İdman Materials 8 İyul 2013 12:33 (UTC +04:00)
İngiltərənin “Çelsi” klubu “Aston Villa”nın hücumçusu Kristian Bentekenin keçidi ilə bağlı təklif hazırlayır.
“Çelsi” Bentekeni heyətinə qatmaq niyyətindədir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Çelsi" klubu "Aston Villa"nın hücumçusu Kristian Bentekenin keçidi ilə bağlı təklif hazırlayır. Bu barədə Trend Rusiya KİV-nə istinadən məlumat verir.

Fransanın "PSJ" klubu ilə İtaliyanın " Napoli" klubunun hücümçu Edinson Kavaninin keçidi ilə bağlı razılığa gəlmələri barədə məlumatlar yayılandan sonra London təmsilçisi bütün diqqətini Belçika millisinin futbolçusuna yönəldib.

"Çelsi" klubunun yeni baş məşqçisi Joze Morinyo üçün 22 yaşlı Bentekenin namizədliyi hazırda prioritetdir.

Xatırladaq ki, "Totenhem" və "Liverpul" klubları da hücumçuya maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti