...

Məmmədəli Mehdiyev: "Azərbaycan bayrağını Universiadada ilk yüksəldən idmançı olduğum üçün çox xoşbəxtəm" (FOTO)

İdman Materials 8 İyul 2013 20:14 (UTC +04:00)
Azərbaycan idmançıları Kazanda, XXVII Ümumdünya Universiadasında ilk medalı bu gün cüdo yarışlarında qazandılar.
Məmmədəli Mehdiyev: "Azərbaycan bayrağını Universiadada ilk yüksəldən idmançı olduğum üçün çox xoşbəxtəm" (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycan idmançıları Kazanda, XXVII Ümumdünya Universiadasında ilk medalı bu gün cüdo yarışlarında qazandılar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 81 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev 5 idmançıya - Maykl Harrison (ABŞ), Tomaz Kosta (Portuqaliya), Senqsu Lii (Koreya), Yaromir Yezekə (Çex Respublikası) qalib gələrək, yarımfinalda yapon cüdoçu Takanori Nagaseyə uduzub. Bürünc medal uğrunda qarşılaşmada isə Çin idmançısı Hayuan Qauya qalib gəlib.

Qeyd edək ki, M.Mehdiyev 1993-cü ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 8 ildir ki, idmanla məşğuldur.

Universiadanın bürünc mükafatçısı M.Mehdiyev mükafatlandırma mərasimindən sonra öz fikirlərini bizimlə bölüşüb:

- Ötən il Gürcüstanda keçirilən Dünya kuboku yarışlarında da üçüncü olmuşdum. Bura yalnız qələbə üçün gəlmişdim. Rəqiblərimdən koreyalı Seinqsu Lii və yapon Takanori Nagase çox güclü idilər. Koreyalını uda bilsəm də, yapon idmançı ilə görüşdə qələbə qazana bilmədim. Bu, həyatda qazandığım hələlik ən böyük uğurumdur. Lakin qarşıdakı əsas hədəfim Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edərək qızıl medal qazanmaqdır. Qələbəmə görə dövlətimizə, ailəmə və məşqçim Tərlan Həsənova minnətdaram. Azərbaycan bayrağını Universiadada ilk yüksəldən idmançı olduğum üçün bu gün çox xoşbəxtəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti