Azərbaycan, Bakı, 27 avqust /Trend /
Azərbaycanlı gimnast Anton Yaşin Belarusda keçirilən beynəlxalq "Şerbo Kuboku" turnirində ikinci yeri tutub.
16 yaşlı idmançı köndələn tirdə olan yarışlarda finalda gümüş mükafat (12,8 bal) qazanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumatda bildirilir.
Məlumata görə, qalib isə təşkilatçıların qərarı ilə digər gimnastlar kimi, gənc idmançılarla birgə yarışlarda iştirak edən belaruslu gimnast, Olimpiya oyunlarının iştirakçısı Dmitri Barkalov olub. Beləliklə, Yaşının "gümüş"ünü asanlıqla qızıl mükafat kimi hesab etmək olar. Bununla yanaşı o, finalda iştirak edən yeganə yeniyetmə idmançı idi.
Digər azərbaycanlı gənc gimnast Kamran Hacıyev (1998-ci ildə anadan olub) yalnız çoxnüvlülük üzrə yarışlarda iştirak edib ki, burada o 68,4 balla 37 iştirakçı arasında 12-ci olub.
Məşqçilər qərargahı öz idmançılarının çıxışlarını qənaətbəxş olaraq qiymətləndirib. Lakin mütəxəssislər anlayırlar ki, 2014-cü il Avropa çempionatında tamhüquqlu iştirak və Çində keçiriləcək yeniyetmələr arasında II Olimpiya Oyunlarına bilet uğrunda mübarizə aparmaq üçün bu çox azdır. Bununla əlaqədar olaraq regional və beynəlxalq yarışlarla birgə təlim-məşq toplanışları davam etdiriləcək.
Məlumatda bildirilir ki, gimnastlarımıza gəldikdə isə onlar sentyabrın sonu-oktyabrın əvvəlində Belçikada baş tutacaq Dünya çempionatına hazırlıq prosesini davam etdirirlər.