...

Azarkeşlərə çağırış "Neftçi" klubuna baha başa gəlib

İdman Materials 5 Noyabr 2013 13:15 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Premyer Liqasının on ikinci turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.
Azarkeşlərə çağırış "Neftçi" klubuna baha başa gəlib

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Premyer Liqasının on ikinci turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

"Bakı" - "Simurq" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

"İnter" - "Rəvan" matçı başa çatdıqdan sonra "İnter" matçın videoyazısını təqdim etmədiyi üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran"ən 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Matçın gedişində stadionun diktoru tərəfindən "Neftçi" klubunun azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə "Neftçi" klubu 2000 manat cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti