...

AFFA AZAL, "Neftçi" və "Bakı"nı cəzalandırıb

İdman Materials 12 Noyabr 2013 13:14 (UTC +04:00)
AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
AFFA AZAL, "Neftçi" və "Bakı"nı cəzalandırıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, AZAL - "Qarabağ" matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Bakı" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub, oyununun 27-ci dəqiqəsində "Neftçi" klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Görüşün 1-ci və 31-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri, 16-cı və 59-cu dəqiqələrdə isə "Bakı" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti