Azərbaycan, Bakı, 4 fevral /Trend/
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları zamanı yol verilmiş qayda pozuntuları barədə qərarlar qəbul edib.
Trend AFFA-nın saytına istinadən xəbər verir ki, İK-nın qərarına görə, fevralın 2-də keçirilmiş "Neftçi" - "Simurq" matçının 61-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur.
"İnter" - AZAL matçında AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibi klub 1000 manat cərimə olunur .