...

"Barselona" və PSJ özlərini qonaq kimi aparmadılar

İdman Materials 19 Fevral 2014 01:39 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
"Barselona" və PSJ özlərini qonaq kimi aparmadılar

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, İngiltərənin "Mançester Siti" klubu doğma meydanda "Barselona"nı qəbul edib. Demişelisin qırmızı vərəqə almasından sonra 54-cü dəqiqədə Messi penalti zərbəsini dəqiq yerinə yetirib.

Son dəqiqələrdə isə Dani Alveş fərqlənib - 0:2.

Digər oyun isə Almaniyanın Leverkuzen şəhərində baş tutub. Fransanın PSJ klubu "Bayer"in qonağı olub. Oyunun 3-cü dəqiqəsində Matudi hesabı açıb. 39-cu dəqiqədə İbrahimoviç əvvəlcə penaltidən fərqlənib, 3 dəqiqə sonra isə dubla imza atıb - 0:3.

Bu azmış kimi, 59-cu dəqiqədə "Bayer"in heyətində Spahiç qırmızı vərəqə alıb. 88-ci dəqiqədə isə Kabaye son nöqtəni qoyub - 0:4.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq. Sabah "Arsenal" "Bavariya"nı, "Milan" isə "Altetiko"nu qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti