...

Neft, qaz, kimya sənayesi işçilərinin açıq yarışına yekun vurulub (FOTO)

İdman Materials 29 Aprel 2014 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Aprelin 24-də "Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi ilə səmti müəyyən etmə idman növü üzrə neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatlar arasında açıq yarış keçirilmişdir.

Yarışı giriş sözü ilə açan "Neftçi İdman Klubu" İB-nin Kütləvi bədən tərbiyəsi üzrə idman şöbəsinin meneceri Akif Məmmədov iştirakçıları salamlayaraq onlara uğurlar arzulamışdır. Çıxışdan sonra Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən elektron qeyd olunma sisteminin tətbiqi ilə ilk dəfə olaraq keçirilən yarışa start verilmişdir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə "Velopark"ərazisində keçirilən açıq yarışda Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və digər güc strukturları, eləcə də universitetlərin, idman klublarının qatıldığı yarışda 70-ə yaxın idmançı iştirak etmişdir. Gərgin keçən yarışda kişilər arasında Şənlik Fətəliyev (Daxili Qoşunlar) 3.2 km məsafədə 16 nəzarət məntəqəsində qeyd olunaraq, bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatmışdır. Qalibdən təxminən bir dəqiqə geri qalan Vladislav Tuzov (Alp klub) ikinci, Süleyman Əliyev isə üçüncü yeri tutmuşdur.

Qadınların yarışında isə Elina Çerpokova (BSU Litsey) verilmiş 2.1 km məsafə üzrə 12 nəzarət məntəqəsində qeyd olunaraq fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Tatyana Qəniyeva (Alp klub) ikinci, Yuliya Karabut (Ukrayna) isə üçüncü olmuşdur.

"Neftçi"nin daxili komanda yarışında isə Maddi Texniki Təchizat İdarəsinin komandası 96 xalla bütün rəqiblərini geridə qoyaraq birinci olmuşdur. Qalibdən 6 xal geri qalan Mədən Geofizika komandası ikinci, H.Əliyev adına Bakı Neft Emalı Zavodu isə üçüncü olmuşdur.

Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti