...

Sahib Ələkbərov: Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır (FOTO)

İdman Materials 11 May 2014 18:06 (UTC +04:00)
“5 günlük mübarizədən sonra hamı müəyyən qədər yorğundur. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) adından hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara və mətbuat nümayəndələrinə dərin minnətdarlığımızı bildiririk”.
Sahib Ələkbərov: Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

"5 günlük mübarizədən sonra hamı müəyyən qədər yorğundur. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) adından hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara və mətbuat nümayəndələrinə dərin minnətdarlığımızı bildiririk". Trend-in məlumatına görə, bu sözləri AzVİF-in vitse-prezidenti, "Tour d'Azerbaidjan-2014" veloyürüşünün Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, "Tour d`Azerbaidjan-2014"ün 5 mərhələsini dəyərləndirərək bildirib ki, yarış uğurla başa çatıb: "Veloyürüşü itkisiz, heç bir zədə olmadan başa vurduq. Bunun üçün köməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm. Azərbaycanda bütün idman növlərinin inkişafı üçün hər bir şərait var və dövlət dəstəyi yüksəkdir".

Federasiyanın vitse-prezidenti velosiped idmanı tariximizdə ilkə imza atdıqlarını da deyib. Onun sözlərinə görə, turun son mərhələsinin 1,5 saatının "Eurosport" kanalı vasitəsilə canlı göstərilməsi və bütün dünyanın bunu izləməsi birinci dəfə məhz "Tour d`Azerbaidjan-2014"də reallaşıb.

S.Ələkbərov ənənəvi yarışın ildən-ilə inkişaf edəcəyini və daha yaxşı keçirilməsi istiqamətində çalışacaqlarını vurğulayıb. O bildirib ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli yetişməkdədir: "Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır".

"Tour d`Azerbaidjan-2014"ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq". Avropa Velosiped İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov belə deyib.

5 mərhələdən ibarət veloyürüşü canlı izləyən qurum rəsmisi təşkilatçılıqdan razı qalıb. A.Qusyatnikov bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyası bununla 2015-ci ildə təşkil olunacaq ilk Avropa Oyunlarına hazır olduğunu bir daha nümayiş etdirdi: "Əmin olduq ki, Bakı həmin böyük yarışa hazırdır. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdır və hər cür dəstəyi verir. Azərbaycanda idmana ölkə başçısı tərəfindən də böyük dəstək var. Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani sübutdur. Cəmi 2 yaşı olan velotur gənc nəslin özünü sübut etməsi üçün əla bir şansdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti