...

İrlandiya missiyasının rəhbəri: İlk Avropa Oyunları qitədə idmanın yeni dövrünün başlanğıcı üçün siqnal olacaq

İdman Materials 10 İyun 2014 11:47 (UTC +04:00)
İlk Avropa Oyunları qitədə idmanın yeni dövrünün başlanğıcı üçün siqnal olacaq. Trend-in məlumatına görə, bunu Bakı 2015 İlk Avropa Oyunlarında İrlandiya missiyasının rəhbəri Dermot Henihan "İnsidethegames" saytına verdiyi müsahibəsində bildirib.
İrlandiya missiyasının rəhbəri: İlk Avropa Oyunları qitədə idmanın yeni dövrünün başlanğıcı üçün siqnal olacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S.Əhmədova/

İlk Avropa Oyunları qitədə idmanın yeni dövrünün başlanğıcı üçün siqnal olacaq. Trend-in məlumatına görə, bunu Bakı 2015 İlk Avropa Oyunlarında İrlandiya missiyasının rəhbəri Dermot Henihan "İnsidethegames" saytına verdiyi müsahibəsində bildirib.

D.Henihan hesab edir ki, Avropa Oyunlarının multi-idman oyunları sırasına əlavə olunması Avropa və Avropa Olimpiya Hərəkatına çox böyük hörmət və yeni əhəmiyyət gətirəcək: "Mən əminəm ki, bu oyunlar uğurlu olacaq və vaxt keçdikcə aparıcı qitə oyunlarına çevriləcək".

İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi sualına cavabında isə missiya rəhbəri bildirib ki, 2015-ci il üçün Bakının böyük hazır infrastrukturu və xeyli sayda yeni obyektlər üçün planları var və şəhər qısa zaman ərzində böyük işin öhdəsindən gələ bilər: "15 ay ərzində Bakıda gedən işlərin, yeni tikilən və təmir olunan obyektlərin hazırlıqlarının, yeni yolların salınması və infrastrukturun qurulmasının, şəhər üçün yeni nəqliyyat vasitələrinin sifarişinin şahidi olmuşam. Müşahidələrimə əsasən, mən əminəm ki, hər şey hazır olacaq və hər şey ən yüksək səviyyədə olacaq".

D.Henihan qeyd edib ki, bu oyunlarda ilk dəfə üçün 19 iman növünün təmsil olunmasına təəcüblənib: "Əminəm ki, növbəti oyunlarda proqrama dəyişikliklər ediləcək. Əlbəttə ki, hamımızın sevimli idman növlərimiz var və onlar siyahıya salınmayanda biz məyus oluruq. Lakin bütün multi-idman tədbirləri və ev sahibi olan şəhərlər arzu olunan bütün oyunları keçirə bilməz. İlk dəfə üçün 19 idman növü isə kifayət qədər çoxdur".

O qeyd edib ki, azərbaycanlılar çox qonaqpərvərdirlər və onlar ölkələrinin Avropa qitəsində daha yaxşı tanınmasını istəyirlər: "Azərbaycan sürətlə inkişaf edən gənc müstəqil ölkədir. Hesab edirəm ki, Avropa Oyunlarının inkişaf edən ölkədə keçirilməyə başlaması çox yaxşıdır. Düşünürəm ki, bu, rəmzidir və Bakıya, azərbaycanlılara Avropa və ümumiyyətlə, dünyada belə bir multi-idman tədbirinə uğurla ev sahibliyi edə biləcəyini göstərmək üçün yeni imkan verəcək".

D.Henihanın sözlərinə görə, Avropa Oyunları yenidir və hər yenilik kimi ona da maraq olacaq: "Mən burada 19 idman növünün təmsil olunması və ilk Avropa Oyunları olduğu üçün marağın çox böyük olacağını gözləyirəm".

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq.

Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir.

İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti