...

Litvada ilk medal (FOTO)

İdman Materials 2 Avqust 2014 12:23 (UTC +04:00)
Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə “Panevejis-2014” yarışı start götürüb. Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yürüşünün ilk günü Azərbaycan yığma komandası üçün bir medalla yadda qalıb.
Litvada ilk medal (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə "Panevejis-2014" yarışı start götürüb. Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yürüşünün ilk günü Azərbaycan yığma komandası üçün bir medalla yadda qalıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, kişilər arasında 200 metr məsafəyə sprint yarışında mübarizə aparan idmançımız Sergey Omelçenko təsnifat və 1/4 final yürüşlərini uğurla dəf edərək yarımfinala yüksəlib. Yarışın bu mərhələsində yerli velosipedçiyə uduzan təmsilçimiz bürünc medal uğrunda Ukrayna nümayəndəsi ilə mübarizə aparıb. Reqlamentə görə, 2 qələbəyədək davam edən sprint yürüşü S.Omelçenkonun üstünlüyü ilə keçib və o, fəxri kürsünün üçüncü pilləsinə qalxmaqla yığma komandamıza ilk medal qazandırıb. Bu həm də velosipedçimizin aktivinə 64 reytinq balı gətirib.

Qadınların 20 km məsafəyə yürüşündə isə yığma komandamızın bir üzvü çıxış edib. Yelena Pavluxina mübarizəyə yaxşı başlamaqla bir neçə dövrə liderlər qrupunda qərarlaşsa da, yekunda 6-cı yeri tutub və bununla da reytinqini 40 xalla zənginləşdirib.

"Panevejis-2014" turnirinə avqustun 3-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti