Azərbaycan, Bakı, 19 avqust /Trend/
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın ikinci turunda "Xəzər Lənkəran" - "Sumqayıt" matçının 38-ci dəqiqəsində meydan sahibi komandanın qapıçısı Orxan Sadıqlının sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçunu 1 oyunluq cəzalandırıb, klubu isə 200 manat cərimələyib.