...

Azərbaycan Olimpiya Oyunlarında daha bir medalı təmin edib

İdman Materials 25 Avqust 2014 13:56 (UTC +04:00)
Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunları davam edir.
Azərbaycan Olimpiya Oyunlarında daha bir medalı təmin edib

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunları davam edir.

Trend Azərbaucan Boks Federasiyasına istinadən məlumat verir ki, boksçularımızdan Rüfət Hüseynov (49 kq) finala vəsiqə qazanıb. Həmyerlimiz yarımfinalda Qazaxıstan boksçusu Şalkar Aykinbayı məğlub edib - 2:1. Millimizin üzvü finalda özbəkistanlı Süleymon Latipovla üz-üzə gələcək.

Məhəmmədəli Tahirov isə (91+kq) yarımfinalda almaniyalı Peter Kadiruya uduzsa da, bürünc medal uğrunda görüşə çıxacaq. Boksçumuz medal qazanmaq üçün rusiyalı Marat Kemirxanovu məğlub etməlidir.

Məsud Yusifzadə (52 kq) isə 5-ci yer uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Daniel Aksenova uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti