Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın 6-cı turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının VI turunun "İnter" - "Bakı" matçının 30-cu dəqiqəsində "Bakı" klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VI turunun "Sumqayıt" - AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VI turunun "Qəbələ" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.