...

Azərbaycan velosipedçisi Ukraynada tanıtım reklamına çəkilib (VİDEO)

İdman Materials 8 Yanvar 2015 17:37 (UTC +04:00)
Azərbaycanın velosiped üzrə yığma komandasının üzvü Maksim Averin Ukraynanın Lvov şəhərinin tanıtım reklamına çəkilib.
Azərbaycan velosipedçisi Ukraynada tanıtım reklamına çəkilib (VİDEO)

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Azərbaycanın velosiped üzrə yığma komandasının üzvü Maksim Averin Ukraynanın Lvov şəhərinin tanıtım reklamına çəkilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, velosiped idmanının şose növü üzrə Azərbaycanın Elit yığmasının və "Synergy Baku" kontinental komandasının üzvü M.Averin Ukraynanın Lvov şəhərinin tanıtım reklamında yer alıb. O, reklam çarxında "Synergy Baku" komandasının formasında çəkilib.

Qeyd edək ki, M.Averin Azərbaycan velospied məktəbinin yetirməsi, 1954-cü ildə Bakıda anadan olan, 1978-ci ildə Dünya Veloturunun qalibi adını qazanmış Aleksandr Averinin oğludur. Ata Averin idmançı karyerasını başa vurduqdan sonra Ukraynanın Lvov şəhərinə köçərək orada yaşamağa başlayıb və Maksim də dünyaya məhz bu şəhərdə göz açıb.

Ötən ildən etibarən öz tarixi vətəninin yığmasında və klub komandasında çıxış etməyə başlayan M.Averin "Synergy Baku"nun heyətində uğurlu çıxışı ilə Lvovun tanınmış simalarından birinə çevrilib və təsadüfi deyil ki, şəhərin tanıtım reklamına da dəvət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti