...

Tamaşaçı: Azərbaycanda gimnastikanın inkişafı uşaqların sağlam böyüməsinə imkan yaradır

İdman Materials 4 Mart 2015 15:17 (UTC +04:00)
"Azərbaycanda gimnastikanın inkişafı uşaqların sağlam böyüməsi üçün də yaxşı imkanlar yaradır".
Tamaşaçı: Azərbaycanda gimnastikanın inkişafı uşaqların sağlam böyüməsinə imkan yaradır

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda gimnastikanın inkişafı uşaqların sağlam böyüməsi üçün də yaxşı imkanlar yaradır". Bu barədə Trend-ə martın 4-6-da Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına tamaşa etməyə gəlmiş gimnastika həvəskarı Rəna Rəsulzadə deyib.

Oğlunun gimnastika idman növü üzrə uğurlu nəticələr əldə etdiyini deyən R.Rəsulzadə qeyd edib ki, övladı gimnastika ilə məşğul olmağa başlayandan sonra xeyli aktivləşib ki, bu da onun ümumi inkişafına müsbət təsir gösrərir: "Biz Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk ki, övladlarımızın sağlam və tərbiyəli böyüməsi üçün bu cür şərait yaradıb. Övladlarımız gimnastika ilə məşğul olmaqla vaxtlarını da səmərəli keçirmiş olurlar. İndiki uşaqlar kompüter oyunlarına daha çox maraq göstərir ki, bu da onların digər yaxşı şeylərə həvəsini azaldır".

O düşünür ki, valideynlər öz övladlarını gimnastika ilə məşğul olmağa həvəsləndirsələr, onlar üçün daha yaxşı olar: "Uşaqları kompüter arxasında oturaq və ziyanlı həyat tərzi sürməkdən kənarlaşdırmağın səmərəli bir yolu da onları idmana cəlb etməkdir. Hesab edirəm ki, hər birimiz ölkədə yaradılan bu şəraiti düzgün qiymətləndirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti